Restoranın paltar dolabından 5000 dollar oğurlayan şəxs saxlanılıb
Operativ Media
Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.