Menyu

MİQ müsabiqəsi üzrə 40min nəfərdən çox namizəd qeydiyyatdan keçib

Operativ Media
MİQ  müsabiqəsi üzrə 40min nəfərdən çox namizəd qeydiyyatdan keçib

Müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesi artıq yekunlaşıb.

Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində deyib.

Bildirilib ki, yekunda 40000-dən artıq namizəd müvafiq sistemdən qeydiyyatdan keçib. Məlumatlar emal edildikdən sonra müraciət təsdiqlənərsə namizəd ödəniş mərhələsinə yönləndirilir. İyul ayının əvvəlində müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir və iştirak rüsumu 60 manat olaraq təyin edilib. Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyaya aid olan namizədlərdən 60 manat rüsum tələb olunmur :

Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

Şəhid ailəsinin üzvləri;

Müharibə veteranı adı almış şəxslər;

Əlilliyi olan şəxslər;

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik yoxlanılacaq.

Əlaqəli Xəbərlər