Menyu

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında vizasız rejim qüvvəyə minib

Şəfa Hüseynli
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında vizasız rejim qüvvəyə minib

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında diplomatik və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza azadlığı nəzərdə tutan müqavilə qüvvəyə minib.

Operativ Media xəbər verir ki, bu barədə rəsmi qəzetdə dərc olunub.

Sazişə əsasən, hər iki ölkənin diplomatik və xüsusi (yaşıl) pasportlara malik vətəndaşları bir-birinin ölkələrinə səyahət edərkən viza tələblərindən azad olacaqlar.

Qərara əsasən, sözügedən pasport sahibləri hər 180 günlük müddət ərzində 90 gündən çox olmayan müddətə digər ölkəyə giriş, tranzit keçmə, çıxış və müvəqqəti qalmaq məqsədilə viza tələblərindən azad olacaqlar.

Əlaqəli Xəbərlər