Menyu

Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb

Şəfa Hüseynli
Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb

İspaniyalı Lamin Yamal dünyanın ən bahalı futbolçusu seçilib.

Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi məlumat yayıb.

"Barselona"nın 18 yaşlı oyunçusu ən yüksək transfer dəyəri 358,1 milyon avro ilə 100 oyunçunun siyahısına başçılıq edərək rəqiblərini xeyli qabaqlayıb. 

"Mançester Siti"nin hücumçusu Erlinq Haland 227,3 milyon avro ilə ikinci, "Real Madrid"in hücumçusu Kilian Mbappe isə 165,7 milyon avro dəyərində üçüncü yerdə qərarlaşıb. 

İlk 20-liyə həmçinin Maykl Oliseh (140,5 milyon avro), Morqan Rocers (136,8 milyon avro), Dezire Douai (133,2 milyon avro), Kenan Yıldız (133 milyon avro), Arda Güler (124,8 milyon avro), Florian Virtz (124,1 milyon avro), Pedri (120,6 milyon avro), Cud Bellinqem (120,3 milyon avro) və Bukayo Saka (111,2 milyon avro) daxildir.





Əlaqəli Xəbərlər