Karlo Ançelotti Arda Gülərin oynayacağı tarixi açıqladı
Əziz Əzizli
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya komandasına transfer olunduğu gündən zədəsini sağalda bilməyən Arda Gülərin son durumu ilə bağlı açıqlama verib.
"Operativ Media" xəbər verir ki, dünən axşam La Liqada "Vilyarreal"ı 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verən Ançelotti Yeni ildən sonra Ardanın hazır olacağını bildirib.
Belə ki, Arda Gülərin 3 gün sonra "Alaves"lə səfər matçı üçün heyətdə olmayacağı dəqiqləşib. "Real Madrid" 2024-cü ilin ilk oyununda yanvarın 3-də "Malyorka"nı qəbul edəcək.
Teqlər:
"Karlo An\u00e7elotti Arda G\u00fcl\u0259rin oynayaca\u011f\u0131 tarixi a\u00e7\u0131qlad\u0131"