SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə zərbələr endirib
Operativ Media
İran tərəfi Vaşinqtonun həyata keçirdiyi əvvəlki əməliyyatlara cavab olaraq ABŞ ordusunun mövqelərini hədəfə alıb.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) açıqlamasına istinadən yayıb.
"Düşmən təcavüzünə cavab olaraq, SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun regiondakı dislokasiya yerlərinə zərbələr endirib", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən kommersiya gəmisinə edilən hücumun qarşılığında İran ərazilərinə hərbi zərbələr endirdiyini təsdiq etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net