Avropa Liqası: "Qarabağ"ın pley-off-dakı rəqibi müəyyənləşəcək
Əziz Əzizli
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək
"Operativ Media" xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
1/16 final mərhələsinin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə qarşılaşacaq.
Ağdam təmsilçisinin potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtar”dır (Ukrayna).
Qeyd edək ki, "Qarabağ" ilk matçını fevralın 15-i səfərdə, 1 həftə sonra isə Bakıda keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net