Menyu

Dünya çempionatında iştirak edəcək komandaların adı açıqlandı

Dünya çempionatında iştirak edəcək komandaların adı açıqlandı

FIFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yarışda ümumilikdə 32 klub iştirak edəcək.

Avropadan çempionlar yolu ilə seçilən 4 klub (UEFA Çempionlar Liqasında qələbə) turnirdə iştirak edəcək – “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), həmçinin cari turnirin qalibi.

Turnirə reytinq üzrə daha 8 komanda qatılacaq. Artıq 5 klubun adı bəllidir – “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Portu” və “Benfika” (hər ikisi Portuqaliya).

Turnirdə mütləq iştirak edəcək komandalar: “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika), “Sietl Saunders” (ABŞ), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya).

Yenilənmiş formatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.

Teqlər:

"D\u00fcnya \u00e7empionat\u0131nda i\u015ftirak ed\u0259c\u0259k komandalar\u0131n ad\u0131 a\u00e7\u0131qland\u0131"

Əlaqəli Xəbərlər