Menyu

Azərbaycan UEFA reytinq cədvəlində Rusiyanı qabaqladı

Əziz Əzizli
Azərbaycan UEFA reytinq cədvəlində Rusiyanı qabaqladı

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

"Operativ Media" xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda İsveç klubu “Hakken” üzərində (2:1) qələbəsi sayəsində mümkün olub.

Həm qalibiyyət, həm də pley-offa vəsiqə nəticəsində ölkə reytinqinə 1 xal əlavə edilib. Xal sayını 19.125-ə çatdıran Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib. Cari mövsümdəki əmsal isə 4,875-ə çatıb.

Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər