"Neftçi" klubu israilli futbolçusu Kenni Sayef ilə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Klubun sosial media hesabında bu paylaşım edilib.
"Futbolçumuz Kenni Sayef şəxsi məsələlərə görə “Neftçi” PFK-dakı karyerasını başa vurmalı olub. Göstərdiyi xidmətə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".