Çempionlar Liqasından Avropa Liqasına düşən bütün 8 komanda bəlli olub.
"Operativ Media" xəbər verir ki, dünən gecə keçirilən son turun oyunlardan sonra 3-cü yeri tutan sonuncu 2 komandanın da adına aydınlıq gəlib. Bunlar “Milan” (İtaliya) və “Şaxtyor” (Ukrayna) olublar.
Beləliklə, Avropa Liqasının 1/16 finalında ÇL-in qrup üçüncüsü kimi aşağıda adları qeyd olunan komandalar iştirak edəcəklər:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord" (Niderland)
“Yanq Boyz" (İsveçrə)
"Milan" (İtaliya)
"Şaxtyor" (Ukrayna)
Qeyd edək ki, onların “pley-off”da rəqibləri AL-də öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi bu gün “Hekken”ə (İsveç) qarşı AL-də qrupun son oyununa çıxacaq.