Avropa Liqası: "Qarabağ" Pley-off mərhələsinə yüksəldi
Nərmin Qocamanlı
Bu gün UEFA Avropa Liqasında 6-cı tura start verilib
"Operativ Media" xəbər verir ki, "Qarabağ" doğma meydanda İsveçin "Hakken" klubunu qəbul edib
Matç Azərbaycan təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qarabağ" Avropa Liqasının Pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gəlib və 5-1 hesabı ilə məğlub olub.
Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
21:45. “Qarabağ” – “Hakken” 2-1
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net