Qvardiola Karlsenlə şahmat oynadı
Əziz Əzizli
Blits və rapid növləri üzrə dünya çempionu Maqnus Karlsen “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə şahmat oynayıb.
"Operativ Media" xəbər verir ki, görüş idman brendi “Puma”nın fotosessiyasında baş tutub.
“Hücum rəqibin hərəkətlərindən asılıdır, buna görə də siz onun hər bir hərəkətinə fikir verərək reaksiyanızı nümayiş etdirməlisiniz. Karlsenin gediş etmək üçün 2 saat vaxtı var. Bizim isə bunun üçün yalnız saniyələrimiz olur”, – deyə Qvardiloa qeyd edib.
Əlavə edək ki, bu həftə norveçli qrossmeyster Özbəkistanın Səmərqənd şəhərində start götürəcək dünya çempionatında titullarını qorumağa çalışacaq. İngiltərə klubunu isə Çempionlar Liqasında oyun gözləyir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net