Türkiyə Super Liqasında hakimlər qərarlarını verdilər
Əziz Əzizli
Superliqada keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra meydan sahiblərinin sabiq prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Melərə yumruq zərbəsi vurmuşdu.
"Operativ Media" "Sabah"a istinadən xəbər verir ki, hakimlər qalmaqallı hadisə ilə bağlı qərarını verib.
Matçlara getməmək qərarına gələn hakimlərin radikal qərarların veriləcəyini gözlədikləri vurğulanıb.
Səlahiyyətli qurumların qərarlarını gözləyən hakimlər “Əgər radikal qərarlar yoxdursa, biz burada deyilik” dedikləri bildirilir.
Xəbərdə hakimlərin “Lazım gəlsə, əcnəbi hakimlər gətirsinlər, onlar idarə etsinlər” fikrində olduqları bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net