Ana səhifə / İdman / Serxio Ramos tarixə düşdü Serxio Ramos tarixə düşdü 13.12.2023, 10:15 Əziz Əzizli “Sevilya”da çıxış edən Serxio Ramos “Lens”ə penaltidən vurduğu qolla tarixə düşüb. 37 yaşlı futbolçu 17 qolla Çempionlar Liqasının bombardiri olub. İspaniyanın "Sevilya" komandasının təcrübəli müdafiəçisi Serxio Ramos "Lens" matçında tarixi qola imza atıb. "Operativ Media" xəbər verir ki, 37 yaşlı Ramos "Lens"in qapısına vurduğu penalti qolu ilə Çempionlar Liqasında ən çox qol vuran müdafiəçi olub. . Çempionlar Liqasında 17 qol vuran Ramos Pike və Roberto Karlosu geridə qoyaraq zirvəyə yüksəlib. Teqlər: "Serxio Ramos tarix\u0259 d\u00fc\u015fd\u00fc"