Menyu

La Liqanın yeni lideri - "Jirona"

Əziz Əzizli
La Liqanın yeni lideri - "Jirona"

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, "Qranada" "Atletik" qarşılaşması azarkeşlərdən birinin stadionda ölməsi səbəbiylə yarımçıq dayandırılıb.

Turun ən maraqlı qarşılaşması isə Barselona şəhərində baş tutub. Şəhərin eyniadlı klubu bu il çempionluğa oynayan "Jirona"nı qəbul edib.

6 qolun vurulduğu matçda qonaqlar 2-4 hesabı ilə qalib gəlib.

Bununla da, "Jirona" məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırmış oldu.

Ümumilikdə isə son 16 matçda 13 qələbə qazanan "Jirona" 41 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər