Azərbaycan PL: "Sabah" "Səbail"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, son oyun günü iki qarşılaşma keçiriləcək.
Günün ilk qarşılaşması Masazırda keçiriləcək. Yerli "Sabah" "Səbail"i qəbul edəcək. Bu komandalar arasında I dövrədə keçirilən matçda qalib müəyyənləşməmişdi.
Tura "Neftçi" "Turan Tovuz" qarşılaşması iləə yekun vurulacaq. İlk dövrədə "Neftçi" rəqibini 1:0 hesabı ilə məğlub etmişdi