Menyu

Kriştiano Ronaldo 1200-ə çatdı

Əziz Əzizli
Kriştiano Ronaldo 1200-ə çatdı

Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda "Əl-Nəsr" və "Ər-Riyad" görüşü keçirilib.

"Operativ Media" xəbər verir ki, Ər-Riyaddakı “Əl Avval Park” stadionunda oynanılan görüş “Əl-Nəsr”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunda "Əl-Nəsr"in heyətində dünyaca məşhur hücumçu Kriştiano Ronaldo da iştirak edib. Bununla da 38 yaşlı forvard karyerasında 1200-cü matçına çıxıb.

Portuqaliyalı qarşılaşmada qol vurmaqla yanaşı, qol ötürməsi də verib. 

"Əl-Nəsr" hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 2-ci yeri tutur. Luis Kastronun komandası 16 oyundan sonra 37 xala malikdir. "Ər-Riyad" 16 xalla 14-cü yerdədir. Sıralamaya 44 xalla "Əl-Hilal" liderlik edir.

"Əl-Nəsr" - "Ər-Riyad" - 4:1

Qollar: Ronaldo, 33, Otaviyo, 45+3, Talişka, 67, 90+4 - Boz. 68

Teqlər:

"Kri\u015ftiano Ronaldo 1200-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər