Menyu

Pol Poqba futboldan 4 illik uzaqlaşdırıla bilər

Əziz Əzizli
Pol Poqba futboldan 4 illik uzaqlaşdırıla bilər

Keçən yay "Mançester Yunayted"dən "Yuventus"a transfer olunan Pol Poqbanın İtaliyada üzü gülmür.

"Operativ Media" xəbər verir ki, zədəli olduğu üçün mövsüm ərzində komandasının formasını çox az geyinə bilən fransalı ulduz bu dəfə Antidopinq Şurası ilə başı dərdə girib.

Təcrübəli yarımmüdafiəçi iştirak etmədiyi "Yuventus" - "Udineze" matçından sonra nümunə verib. Test nəticəsi müsbət çıxan 30 yaşlı futbolçunun lisenziyası dayandırılıb. Poqbanın B nümunəsi də müsbət çıxdıqdan sonra Antidopinq Prokurorluğu tədbir görüb. Prokurorluq ulduz futbolçunun 4 il müddətinə futboldan uzaqlaşdırılmasını istəyib.

Cəza veriləcəyi təqdirdə karyerası bitmək təhlükəsi ilə üzləşən fransalı futbolçu da məsələ ilə bağlı işə başlayıb. "Yuventus"un ulduzu qadağan olunmuş maddəni istəmədən istifadə etdiyini sübut etmək və  cəzasını azaltmaq istəyir.

Pol Poqba ilə 2026-cı ilə qədər müqaviləsi olan "Yuventus" da prosesi diqqətlə izləyir.

Fransa Milli Komandası ilə də dünya çempionu olan təcrübəli futbolçu zədə səbəbindən İtaliya nəhəngində keçirdiyi ikinci mövsümdə cəmi 12 matçda meydana çıxa bilib.

Teqlər:

"Pol Poqba futboldan 4 illik uzaqla\u015fd\u0131r\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər