Daha 3 Azərbaycan paracüdoçusu qran-pridə medal qazandı
Əziz Əzizli
Azərbaycanın daha üç paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən qran-pridə medal qazanıb.
"Operativ Media" xəbər verir ki, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.
Zəkiyev J1 kateqoriyasında, Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olublar.
Dürsədəf Kərimova (+70 kq) isə bu yarışda üçüncü yeri tutub. O, J2 kateqoriyasında bürünc medal uğrunda görüşdə fransalı rəqibini məğlub edib.
Xatırladaq ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net