"Formula 1”ə görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır
Əziz Əzizli
"Formula 1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.
"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında 3-cü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.
Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib
Teqlər:
"\"Formula 1\u201d\u0259 g\u00f6r\u0259 vergi g\u00fcz\u0259\u015ftl\u0259rinin m\u00fcdd\u0259ti daha 3 il uzad\u0131l\u0131r"