İngiltərə Premyer Liqa komandası "Vest Hem" Kurt Zumanın evinə girən oğrular haqqında məlumat paylaşanlara 25 min funt sterlinq mükafat verəcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, klubdan verilən açıqlama bildirilib ki, fransalı futbolçu şənbə günü evdə ailəsi ilə birlikdə olarkən onun evi qarət edilib. Açıqlamada oğruların ailə üçün əhəmiyyətli olan əşyaları oğurladıqları qeyd edilib və əlavə edilib: "Oğruların tutulmasına və uğurlu mühakimə olunmasına səbəb olacaq məlumat verən hər kəsə 25 min funt sterlinq mükafat təklif edirik".
İngiltərə mətbuatında çıxan xəbərdə Zumanın evindən 100 min funt sterlinq dəyərində pul və qızıl-zinət əşyalarının oğurlandığı bildirilmişdi. Zuma dünən "Vest Hem"in heyətində "Kristal Pelas" ilə liqa matçında oynamadı və klub fransalı oyunçunun oyunda şəxsi səbəblərə görə olmadığını açıqladı.
Teqlər:
"\"Vest Hem\"in futbol\u00e7usunun evi qar\u0259t edildi"