Menyu

AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu bilindi

Əziz Əzizli
AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu bilindi

Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin II turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib.

Yarımmüdafiəçi komandasının öz meydanında 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində cərimə meydançası kənarından qüvvətli zərbə ilə rəqibi məyus edib. O, azərbaycanlı Emin Mahmudov, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgündən çox səs toplayıb.

Qeyd edək ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçlə Bakıdakı qarşılaşmada (3:0) meydanın mərkəzindən vurduğu top IX turun ən yaxşı qolu seçilmişdi

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər