Menyu

Uesli Sneyder: "2010-cu ildəki "Qızıl Top"u Messinin qazanması haqsızlıqdır"

Əziz Əzizli
Uesli Sneyder: "2010-cu ildəki "Qızıl Top"u Messinin qazanması haqsızlıqdır"

"Qalatasaray"ın və "İnter"in keçmiş ulduzu Uesli Sneyder 2010-cu ildə Lionel Messinin "Qızıl top"u qazanmasının ədalətsizlik olduğunu düşünür.

2009-10 mövsümündə mükəmməl dövr keçirən Uesli Sneyder Xoze Mourinyonun rəhbərliyi altında "İnter"lə Çempionlar Liqası, A Seriya və İtaliya kubokunu qazanıb. Klubdakı uğurlarından əlavə, Sneyder 2010-cu il Dünya Çempionatında Hollandiya ilə finalda oynayıb və İspaniyaya 1:0 hesabı ilə uduzub. Halbuki 2010-cu ildə “Qızıl top”u qazanan şəxs Lionel Messi olub. Uesli Sneyder bu seçimin ədalətsizlik olduğuna inanır.

"Operativ Media" xəbər verir ki, Uesli Sneyder Misir kanalı "Alhayah TV"ə  müsahibəsində bunları söyləyib:

"2010-cu ildə “Qızıl top”u mənim yox Lionel Messinin qazanması bir az ədalətsizlik idi. Amma mən bu şeylərə ağlayan biri deyiləm. Qızıl top fərdi mükafatdır və mən komanda ilə kuboklar qaldırmağa üstünlük verirəm. Çempionlar Liqası və Qızıl top arasında seçim etməli olsaydım, Çempionlar Liqasını seçərdim. Bu qələbəyə görə çox sevinirəm. 2010-cu ilin finalında İspaniyaya qalib gəlməyə layiq idik, lakin onlar da inanılmaz idi və bizi məğlub etdilər. Finalda oynamaq arzuladığım nailiyyət idi, uduzduğum üçün hələ də pis oluram".

Uesli Sneyder 2010-cu ildə “Qızıl top” səsverməsində dördüncü yeri tutmuşdu. Lionel Messi 22%, Andres İniesta 17% və Xavi 16% səs toplamışdı. Uesli Sneyder 14% səs toplamışdı.

Teqlər:

"Uesli Sneyder: \"2010-cu ild\u0259ki \"Q\u0131z\u0131l Top\"u Messinin qazanmas\u0131 haqs\u0131zl\u0131qd\u0131r\""

Əlaqəli Xəbərlər