AVRO-2024-ün püşkatması zamanı zalda əks-səda verən pornoqrafik səslərin sirri açılıb.
"Operativ Media" xəbər verir ki, püşkatma zamanı qaynağını müəyyən etmək mümkün olmayan müəyyən fasilələrlə qadın “ahlama” səsləri eşidilib.
Yüz minlərlə tvitdə səsin mənbəyi və necə yayımlandığı barədə suallar verilib. Məlum olub ki, səs bir yutuber tərəfindən səsləndirilib.
Mərasimdə eşidilən səsləri canlı yayımda "YouTube"da yayımçı olan "Jarvo69" (Daniel Jarvis) adlı şəxs təşkil edib.
Sosial media hesabında yayım edən "Jarvo69" əlində telefonla başqa bir telefona zəng edən kimi zalda porno səslər eşidilməyə başlayıb. Zəng bitən kimi səslər də bitib.