Vüsal İsgəndərli Albaniyada növbəti qolunu vurdu - VİDEO
Əziz Əzizli
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Eqnatia" klubu Albaniya çempionatının 15-ci turu çərçivəsində "Vllaznia" klubunu qonaq edib.
"Operativ Media" xəbər verir ki, Vüsal İsgəndərlinin start heyətdə başladığı matç "Eqnatia"nın 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı futbolçu matçın 41-ci dəqiqəsində komandasının 3-cü qolunu vurub.
Vüsal 74-cü dəqiqədə əvəzlənərək meydanı tərk edib.
Qeyd edək ki, Vüsal İsgəndərli bu mövsüm 5-ci qolunu vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net