Menyu

Qadın futbolçularımız növbəti matçına çıxacaq

Əziz Əzizli
Qadın futbolçularımız növbəti matçına çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.

"Operativ Media" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıb, yığmamız 10 xalla liderdir. Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər