Ana səhifə / İdman / Andrey Lunyov "Qarabağ"ın ən yaxşısı oldu Andrey Lunyov "Qarabağ"ın ən yaxşısı oldu 01.12.2023, 09:53 Əziz Əzizli "Sofascore" portalı Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən "Molde" - "Qarabağ" oyununda futbolçuların reytinqini açıqlayıb. "Operativ Media" xəbər verir ki, "atlılar"ın heyətində matçın ən yaxşısı Andrey Lunyovdur. Rusiyalı qolkiper seyvləri ilə 8 bal toplayıb. Komandada ən aşağı balı isə Elvin Cəfərquliyev alıb. Müdafiəçinin çıxışı 7 balla qiymətləndirilib. "Molde" - "Qarabağ" oyunu qollu bərabərliklə başa çatıb - 2:2. Teqlər: "Andrey Lunyov \"Qaraba\u011f\"\u0131n \u0259n yax\u015f\u0131s\u0131 oldu"