"Sumqayıt"ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
"Operativ Media" xəbər verir ki, cinah oyunçusunun ayağı 14 gün müddətində gipsdə olacaq. Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Kris 3-4 ay sonra məşqlərə başlaya biləcək.
Velinovski dünən "Lerik"lə kubok oyununda (6:0) ağır zədə alıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma