Lionel Messi argentinalı Qarnaçonu izləmədən çıxarıb - SƏBƏB
Əziz Əzizli
"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Lionel Messinin həmyerlisi Qarnaçonu instaqram hesabında izləmədən çıxartdığını bildirib.
"Operativ Media" xəbər verir ki, bu haqda ona gənc futbolçu özü məlumat verib. İzləmədən çıxarmasının səbəbi isə, gənc futbolçunun Kriştiano Ronaldo fanatı olmasıdır.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın gənc futbolçusu Qarnaço "Everton"la matçda möhtəşəm qol vuraraq Ronaldo sayağı qol sevinci ilə yadda qalmışdı.