Menyu

"Qarabağ" Norveçdə məşqə çıxmayacaq

Əziz Əzizli
"Qarabağ" Norveçdə məşqə çıxmayacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl son məşqi Bakıda baş tutacaq.

"Operativ Media" “köhlən atlar”ın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 28-də, saat 18:30-da “Azərsun Arena”da gerçəkləşəcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı Norveçdə reallaşacaq. Noyabrın 29-na planlaşdırılan tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb

Teqlər:

"\"Qaraba\u011f\" Norve\u00e7d\u0259 m\u0259\u015fq\u0259 \u00e7\u0131xmayacaq"

Əlaqəli Xəbərlər