Luka Modriç yeni rekorda imza atıb
Əziz Əzizli
İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç yeni rekorda imza atıb.
"Operativ Media" xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi buna “Kadis”ə 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın 14-cü turunun matçında iştirak etməklə nail olub.
Xorvatiyalı 35 yaşdan sonra paytaxt təmsilçisinin heyətində 161-ci qarşılaşmasını keçirib. O, bu göstəriciyə görə 1986-1997-ci illərdə “Kral klubu”nun formasını geyinmiş Fransisko Buyonu (160 oyun) geridə qoyub.
Modriç cari mövsüm bütün turnirlərdə 16 görüşdə meydanda olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net