Menyu

Azərbaycan çempionatında son 5 mövsümün rekordu qeydə alındı

Əziz Əzizli
Azərbaycan çempionatında son 5 mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb.

"Operativ Media" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib.

“Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar.

Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub

Teqlər:

"Az\u0259rbaycan \u00e7empionat\u0131nda son 5 m\u00f6vs\u00fcm\u00fcn rekordu qeyd\u0259 al\u0131nd\u0131"

Əlaqəli Xəbərlər