Aleksandro Qarnaço mövsümün qoluna imza atıb - VİDEO
Əziz Əzizli
Argentinalı cinah oyunçusu Aleksanro Qarnaço Kriştiano Ronaldonun "Real Madrid"də oynayarkən "Yuventus"a vurduğu unudulmaz zərbə qolu kimi bir zərbə ilə komandasını "Everton"la matçda 1-0 önə keçirib. Qol vurulan anda “Everton”un 10 xallıq cəzasına etiraz edən ev sahibi azarkeşlər bu qolla şoka düşüblər.
"Operativ Media" xəbər verir ki, inanılmaz zərbə ilə qol vuran və həm Ronaldonu, həm də Runini xatırladan Qarnaço daha sonra Kriştiano Ronaldonun "Siuuuu" qol sevincini edib. İstedadlı gənc Kriştiano Ronaldonun pərəstişkarı olduğunu heç vaxt gizlətməyib.
Qarnaçonun bu qolu İngiltərə Premyer Liqasında mövsümün qolu seçilə bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net