Ana səhifə / İdman / "Neftçi" "Spartak Moskva" ilə qarşılaşa bilər "Neftçi" "Spartak Moskva" ilə qarşılaşa bilər 24.11.2023, 12:46 Əziz Əzizli "Neftçi" Bakıda Moskva "Spartak"ı ilə yoldaşlıq oyunu keçirə bilər. "Operativ Media" xəbər verir ki, bu barədə Moskva klubunun icraçı direktoru Oleq Maleşin yerli mətbuata müsahibəsində deyib: "Neftçi" ilə münasibətlərimiz çox yaxşıdır. Tarix hələ bəlli deyil, bilinən kimi məlumat verəcəyik". "Neftçi" yayda Rusiyada "Spartak"la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu. "Ağ-qaralar" noyabrın 18-da Bakıda "Zenit"ə yoldaşlıq oyununda qalib gəlib - 2:1. Teqlər: "\"Neft\u00e7i\" \"Spartak Moskva\" il\u0259 qar\u015f\u0131la\u015fa bil\u0259r"