Menyu

Qara Qarayev Canni De Byazinin iddialarına cavab verdi

Əziz Əzizli
Qara Qarayev Canni De Byazinin iddialarına cavab verdi

Azərbaycan millisinin və "Neftçi" klubunun üzvü Qara Qarayev Canni De Byazinin iddialarına cavab verib.

"Operativ Media" xəbər verir ki, futbolçu italyan çalışdırıcının iddialarını əsassız adlandırıb. 

"Milli komandanın sabiq baş məşqiçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Həmin bəhs olunan videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırıllmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm".

Qeyd edək ki, Canni De Byazi Qara Qarayevin oyunların birində Ramil Şeydayevin vurduğu qola sevinmədiyini iddia etmişdi.

Teqlər:

"Qara Qarayev Canni De Byazinin iddialar\u0131na cavab verdi"

Əlaqəli Xəbərlər