İspaniya nəhəngləri 20 yaşlı futbolçu ilə maraqlanır
Əziz Əzizli
La Liqa təmsilçisi "Jirona"nın 20 yaşlı ispan futbolçusu Arnau Martinez İspaniyanın nəhəng klublarının radarına düşüb.
"Operativ Media" xəbər verir ki, "Real Madrid", "Barselona" və "Atletiko Madrid" gənc sağ cinah müdafiəçisini heyətinə qatmaq istəyir. Bu haqda insayder Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, Martinez İspaniya U-21 millisinin üzvüdür.