Menyu

Cəza alan Poqbanın gələcəyi necə olacaq? - Meneceri Açıqladı

Əziz Əzizli
Cəza alan Poqbanın gələcəyi necə olacaq? - Meneceri Açıqladı

"Yuventus"da dopinq testi müsbət çıxan Pol Poqbanın meneceri fransız futbolçunun gələcəyini dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, dopinq testi müsbət çıxan Pol Poqba hazırda cəzalıdır və uzun müddət yaşıl meydanlardan kənarda qala bilər. 30 yaşlı futbolçu fərdi olaraq məşqlərini davam etdirir. Poqba futbola qayıtmaq istəyir.

Paul Poqbanın meneceri Rafaela Pimenta "Relevo"ya  bu haqda danışıb.

 "Biz Paula bu vəziyyətə aydınlıq gətirmək üçün əlimizdən gələni edirik. Lakin bunu da hakimin gözü qarşısında etmək lazımdır. Paulu tanıyanlar faktları bilirlər. O, dürüstdür. Onlar bilirlər ki, o, hər şeyi vicdanla edir. Paul həmişə məşq edir və sadəcə, bu çətin anları keçib futbola qayıtmaq istəyir."

Pol Poqbanın "Yuventus"la müqaviləsi 2026-cı ilə qədər davam etsə də, dopinq davası davam edir. Fransız oyunçunun meneceri Pimenta, "Mən sistemə güvənirəm. Əksi sübut olunana qədər güvənməliyəm" deyə bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər