Menyu

Renat Dadaşov: "Karyeramda ən yaxşı oyunlardan birini keçirdim"

Əziz Əzizli
Renat Dadaşov: "Karyeramda ən yaxşı oyunlardan birini keçirdim"

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov AVRO-2024-ün seçmə mərhələsində İsveç üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib. 

"Operativ Media" xəbər verir ki, o, komandanın çox yaxşı çıxış etdiyini bildirib:

“Karyeramda ən yaxşı oyunlardan birini keçirdim. Sərgilədiyimiz futbola əsasən qələbəmizi normal qəbul edirəm. Bu gün rəqibdən üstün idik”. 

Dadaşov Belçika səfərinə inamlı yollanacaqlarını söyləyib: “Matçdan sonra De Byazi bizə öz minnətdarlığını bildirdi. Biz də öz növbəmizdə komandanı matça yaxşı hazırlaşırdığı üçün baş məşqçiyə təşəkkür etdik. Paltardəyişmə otağında qələbəmizi böyük sevinclə qeyd etdik. Belçika səfərinə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çalışacağıq ki, çətin səfərdə də yaxşı nəticə qazanaq”

Teqlər:

"Renat Dada\u015fov: \"Karyeramda \u0259n yax\u015f\u0131 oyunlardan birini ke\u00e7irdim\""

Əlaqəli Xəbərlər