"Qalatasaray" "Barselona"nın türk əsilli futbolçusunu istəyir
Əziz Əzizli
Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir.
"Operativ Media" xəbər verir ki, yayda "Tottenhem" klubundan icarəyə götürülən Ndombelenin fiziki vəziyyəti "sarı-qırmızılı" klubu razı salmır.
İstanbul təmsilçisi qışda o mövqeyə ulduz futbolçu transfer etmək istəyir.
Klubun transfer siyahısının başında "Barselona"nın türk əsilli futbolçusu İlkay Gündoğan dayanır. Futbolçunun özü də "Qalatasaray"da oynamağa isti yanaşır.
"Barselona"da xoşbəxt olmayan İ.Gündoğan karyerasının sonuna yaxin azarkeşi olduğu "Qalatasaray" klubunun formasını geyinmək istəyir