Menyu

"Əl-Nəsr" Çempionlar Liqasında iştirak edə bilər

Əziz Əzizli
"Əl-Nəsr" Çempionlar Liqasında iştirak edə bilər

UEFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Avropa Çempionlar Liqasında iştirak imkanlarına baxacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, UEFA rəhbərliyi Ronaldunun çıxış etdiyi komandanın populyarlığı yüksək olduğuna görə Səudiyyə klubunu dəvət etməkdə maraqlıdır.

Qeyd edək ki, Çempionlar Liqasının formatı 2024-cü ildən dəyişdiriləcək. 

Komandaların sayı 24-dən 36-ya yüksələcək, qrup mərhələsi vahid liqa ilə əvəz olunacaq. Hər bir klub ən azı 10 müxtəlif komanda ilə oynayacaq. Bunlardan 5-i öz meydanında, 5-i səfər meydanında baş tutacaq.

Teqlər:

"\"\u018fl-N\u0259sr\" \u00c7empionlar Liqas\u0131nda i\u015ftirak ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər