Bundesliqa komandalarından olan "Bavariya" yeni transferini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, klubun saytında yer alan açıqlamada 17 yaşlı futbolçu Nestroy İrankunda ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.
Açıqlamada İrankundanın 2024-cü ildə 18 yaşı tamam olduqdan sonra komandaya qoşulacağı bildirilib.
Akademiyanın direktoru Jochen Sauer verdiyi açıqlamada "O, uzun müddətdir ki, radarımızda olan oyunçudur və biz razılığa gəlməkdən xoşbəxtik. O, çox yaxşı dribling və finişə malik olan sürətli cinah oyunçusudur" deyə bildirib.
17 yaşadək futbolçulardan ibarət yığmada və Avstraliyanın A Milli komandasında çıxış edən 17 yaşlı futbolçu U-17 millisində 7 oyunda 11 qol vurub.
Cari mövsümdə Adelaide United-də 4 matça çıxan Nestro İrankunda 1 qol vurub.
Teqlər:
"\"Bavariya\" yeni transferini a\u00e7\u0131qlad\u0131"