Menyu

"Bayer"in futbolçusu milliyə dəvət aldığını Bakıda öyrəndi

Əziz Əzizli
"Bayer"in futbolçusu milliyə dəvət aldığını Bakıda öyrəndi

"Bayer"in (Leverkuzen) futbolçusu Alexandro Qrimaldo ilk dəfə İspaniyanın əsas milli komandasına dəvət alıb.

"Operativ Media" xəbər verir ki, 28 yaşlı müdafiəçi "Avro-2024"ün Kipr (16 noyabr) və Gürcüstanla (19 noyabr) seçmə matçlarına çağırılıb.

Qrimaldo İspaniya Futbol Federasiyasının saytına açıqlamasında bildirib ki, bu dəvətdən Bakıda, Avropa Liqasında "Qarabağ"a qarşı matçdan sonra hava limanında xəbər tutub: 

"Bizim reysimiz bir az gecikirdi. Uçuş qabağı mənə çoxlu zənglər gəldi. Amma həmin vaxt mənim ailəm və dostlarımla danışmağa vaxtım olmadı. Evə dönərkən telefonum mesajla dolu idi".

O bildirib ki, "Bayer"dəki oyunları sayəsində İspaniya millisinə dəvət ala bilib: "Xabi Alonso mənə çox kömək etdi. O, mənim bütün potensialımı üzə çıxaran inanılmaz məşqçidir". 

Qeyd edək ki, Qrimaldo "Bayer"lə "Qarabağ" arasında Almaniyada keçirilən matçda (5:1) 2 qolun müəllifi olub. O, bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 8 qol vurub və 6 qolun ötürməsini edib.

Teqlər:

"\"Bayer\"in futbol\u00e7usu milliy\u0259 d\u0259v\u0259t ald\u0131\u011f\u0131n\u0131 Bak\u0131da \u00f6yr\u0259ndi"

Əlaqəli Xəbərlər