Rövlan Muradov yubiley matçına çıxıb
Əziz Əzizli
"Qəbələ" klubunun futbolçusu Rövlan Muradov Premyer Liqada 100-cü oyununu keçirib. 25 yaşlı yarımmüdafiəçinin yubileyi 35-ci turun “Şamaxı” ilə matçına təsadüf edib.
"Operativ Media" xəbər verir ki, meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən Muradov bu matçlarda 10 qol vurub.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Rövlan Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən 8-ci oyunçudur.
Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net