Menyu

İşğaldan azad olunmuş ərazilərdə 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib

Operativ Media
İşğaldan azad olunmuş ərazilərdə 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib

Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə 2025-2026-cı tədris ili ərzində 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı ötən ilin təhsil hesabatında bildirilib.

Həmin məktəbəqədər təhsil müəssisələrində uşaq sayı 408, işçi sayı 123, ümumi təhsil müəssisələrində isə şagird sayı 4825, işçi sayı 700 nəfərdir.

Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti fəaliyyətə başladığı ilk ildən etibarən yerləşdiyi regionun akademik və sosial reabilitasiyasında aparıcı qüvvəyə çevrilərək yüksək tələbəyönümlü mühiti ilə fərqlənməkdədir. Hazırda ali təhsil müəssisəsində təhsil alan hər bir gənc tamamilə ödənişsiz təhsil və ödənişsiz yataqxana ilə təmin olunur. Həmçinin, yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər də nəzərdə tutulub.

Tədris ilinin ən mühüm hadisələrindən biri cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetində iki yeni fakültənin – Biznes və iqtisadiyyat, eləcə də Tibb və sağlamlıq elmləri fakültələrinin və Qarabağ Universiteti Klinikasının açılış mərasiminin baş tutmasıdır. Eyni zamanda, dövlət başçısı tərəfindən Mühəndislik fakültəsinin yeni korpusunun təməli qoyulub və növbəti tədris ilindən bu fakültə tam müasir binada fəaliyyət göstərəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər