Hikmət Hacıyev Makronun müşaviri ilə regional prosesləri müzakirə edib
Operativ Media
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.
O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:
"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net