Menyu

Azərbaycan-Peru diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur

Operativ Media
Azərbaycan-Peru diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur

Azərbaycanla Peru arasında bu gün diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial media hesabında məlumat yayıb.

"Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiqik. Bu əlamətdar tarixi qeyd edərkən ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində mövqeyimizi bir daha təsdiqləyirik", - deyə məlumatda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər