Böyük Britaniya Kralı III Çarlz Muxtar Babayevlə söhbət edib - FOTO
Böyük Britaniya Kralı III Çarlz Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə ayaqüstü görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Britaniya Kralı III Çarlzın ətraf mühitin mühafizəsi məsələlərinə dəyişməz sadiqliyi bütün dünya üçün ilham mənbəyidir. COP29-un prezidenti Muxtar Babayev superçirkləndiricilər probleminə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla, dünyanın aparıcı iqlim liderlərinə qoşulub. Görüş Böyük Britaniya Kral ailəsi və Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyi tərəfindən Sent-Ceyms sarayında təşkil olunub", - E.Süleymanov yazıb.