Ceyhun Bayramov Polşada Ukraynanın Bərpası Konfransında iştirak edib
Operativ Media
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
Müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya davamlı humanitar yardımını, o cümlədən yardımların çatdırılmasını, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını və zərər çəkmiş icmaların dəstəklənməsinə yönəlmiş yenidənqurma təşəbbüslərini diqqətə çatdırıb.
Münaqişələrin humanitar nəticələrinin aradan qaldırılmasında, o cümlədən münaqişədən sonra bərpa olunmasında beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.
Nazir Azərbaycanın Ukraynaya humanitar dəstəyi davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net