İngiltərə millisi Panama ilə oyuna itkilərlə çıxa bilər
Operativ Media
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays və müdafiəçisi Ris Ceyms 2026-cı il dünya çempionatının qrup mərhələsinin III turunda Panamaya qarşı keçiriləcək oyunu buraxa bilərlər.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hər iki futbolçu Qana ilə qarşılaşmadan (0:0) sonra diskomfort hiss edir. Zədələrin ciddi olmadığı qeyd edilsə də, Rays və Ceyms ehtiyat tədbiri olaraq növbəti matçda istirahət edə bilərlər.
İngiltərə — Panama oyunu iyunun 28-də İst-Ruterfordda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
İki turdan sonra İngiltərə yığması 4 xalla L qrupunda birinci, Panama isə xalsız sonuncu — dördüncü pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net